Yanvar-may aylarında ölkədən 6,1 milyard dollarlıq xam neft göndərilib

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, cari ilin yanvar-may aylarında Azərbaycandan 13 milyon 38,8 min ton xam neft ixrac edilib. Beş ayda ixrac edilən neftin dəyəri isə 6 milyard 185 milyon 362 min ABŞ dolları olub.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

yap.org.az