İranlı deputat: Rəşt-Astara dəmiryolu İranı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli-Astara dəmir yolunun çəkilməsi ilə praktiki olaraq İran Azərbaycana və bu vasitə ilə Avropaya birləşəcək.

Trend-in məlumatına görə, bunu İran parlamentinin Abadlıq komissiyasının üzvü Hüseyn Əfzəli parlamentin informasiya portalına (icana) verdiyi açıqlamada deyib.
H.Əfzəlinin sözlərinə görə, Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi çox əhəmiyyətlidir.
Əfzəli əlavə edib ki, Azərbaycan Rəşt-Ənzəli-Astara dəmiryolunun çəkilməsi ilə bağlı investisiyasının yarısını təmin edəcək. Bu isə dəmiryolunun çəkilməsi prosesini daha da sürətləndirəcək: “Bu dəmiryolu Şimal-Cənub Dəhlizinin təkmilləşdirilməsində və İranın iqtisadi inkişafında çox zəruridir. Bu istiqamətdə hökumət və parlament dəqiq proqram tənzimləməli və böyük investisiyanı nəzərdə tutmalıdır”.

yap.org.az