İqtisadiyyat

  • 4 182

"“Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatı və dövlətimiz üçün vacib strateji layihələrdən biridir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib."Nəzərə alsaq ki, 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanan zaman Azərbaycan iqtisadiyyatı fərqli bir durumda idi. Bu gün biz 2019-cu ildə “Əsrin müqaviləsi”ni qiymətləndirən zaman həm ümumi daxili məhsulda (ÜDM), həm də büdcə gəlirlərində kəskin artımların olmasını müşahidə edirik. “Əsrin müqaviləsi” bağlanan zaman bütövlükdə Azərbaycanın ÜDM-un həcmi 400 milyon manatdan az idi. Artıq Azərbaycanın ÜDM-nun həcmi 82 milyard manatdan çoxdur. “Əsrin müqaviləsi” eyni zamanda Azərbaycanda digər müqavilələrin bağlanması, digər strateji qərarların verilməsi üçün bir baza formalaşdırıb. Bu yalnız dövlət gəlirlərinin və iqtisadiyyatın artımı üçün deyil, həmçinin yeni nəqliyyat və enerji layihələrinin formalaşmasına imkan yaratdı. Bu baxımdan “Əsrin müqaviləsi” Azərbaycana həm də yeni dövr üçün çağırışların və strategiyanın müəyyənləşdirilməsinə imkan verdi”-deyə, V.Bayramov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər