İqtisadiyyat

  • 3 815

7 ayda 19,9 milyard dollar - Azərbaycanın xarici ticarət dövriyyəsi

image

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 499,1 milyon dollar, idxalın dəyəri 8 milyard 433,7 milyon dollar təşkil edib.Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, nəticədə 3 milyard 65,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14 faiz, real ifadədə isə 6 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artıb.Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2 faizi Fransa, 1,7 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

sia.az

Digər xəbərlər