İqtisadiyyat

  • 3 466

Salyanda 14 min ton pambıq istehsalı proqnozlaşdırılır

image

Salyanlı pambıqçılar yetişdirdikləri məhsulu qısa müddətdə toplamaq üçün var qüvvələrini sərf edirlər. Onların gərgin əməyi nəticəsində indiyədək sahələrdən 1106 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib. Hər gün sahələrdən 325–330 məhsul yığılır.Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il salyanlı pambıqçılar 5 min 788 hektar sahədə pambıq əkiblər. Şirkətlərlə müqavilə bağlayaraq məhsul yetişdirən mülkiyyətçilər göstərilən hərtərəfli kömək nəticəsində cari təsərrüfat ilində sahələrdən bol məhsul yetişdiriblər. Qısa müddətdə sahələrdən 1106 ton məhsul yığılıb. Bunun da 591,7 tonu maşınların köməyi ilə toplanıb.Salyanda pambıq yığımında yüksək məhsuldarlığa nail olan fermerlər çoxdur. Onlardan biri də Sarvan kənd sakini, fermer Alim Həsənovdur. Uzun illərdir pambıq əkini ilə məşğul olan fermer ötən il becərdiyi 6 hektar sahənin hər hektarından 28 sentner məhsul götürməklə 168 ton pambıq tədarük edib.“Cari ildə 10 hektar sahədə pambıq əkmişəm. Bu il də məhsulum boldur. İndiyədək 8 hektar sahədən əl ilə 24 ton pambıq toplamışam. Hələ məhsul çoxdur. Daha 250 tondan çox məhsul yığacağıma əminəm”, - deyə A.Həsənov bildirib.Məhsul istehsalçısı onu da qeyd edib ki, son illər dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli kömək, verilən əlavə subsidiyalar digər fermerlər kimi, onun da bu sahəyə marağını artırıb. Fermer əkinçilərə göstərilən dəstəkdən yararlanaraq gələcəkdə pambıq sahəsini daha da genişləndirmək niyyətindədir.Qeyd edək ki, bu il rayonda 14 min ton “ağ qızıl” istehsalı proqnozlaşdırılır.
AZƏRTAC

Digər xəbərlər