İqtisadiyyat

  • 4 086

II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb

image

“InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində oktyabrın 21-də Heydər Əliyev Mərkəzində II “Bakı Elektron Ticarət Forumu” (“BEF-2019”) işə başlayıb.

Forumun açılışında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün əlverişli mühitin mövcud olduğunu, tələbələrdən tutmuş, pensiyaçılara qədər hər kəsin bir və ya bir neçə bank kartının olduğunu qeyd edib.
“İnternet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir. Təsdiq olunmuş Milli iqtisadiyyatvə iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri uğurla icra olunmaqdadır”, - deyə nazir bildirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömer Fatih Sayan bildirib ki, “Bakı Elektron Ticarət Forumu” elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma roluna malikdir. Azərbaycanın elektron ticarət və logistika sahəsində tətbiq etdiyi innovativ texnologiyalar bu sahələtin inkişafında böyük rol oynayır.
Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya üzrə keçirilir. Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edirlər.

yap.org.az

Digər xəbərlər