İqtisadiyyat

  • 4 506

Azərbaycan “Doing Business 2020” hesabatında 34-cü yerdə qərarlaşıb

image

Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında 190 ölkə arasında 76,7 qiymətləndirmə balı ilə 34-cü sırada yer alıb.

Ölkəmiz “Doing Business 2020”də reallaşdırdığı 4 islahata görə bu yerə layiq görülüb. Bunlar “Əmlakın qeydiyyatı”, “Kreditin alınması”, “Minoritar investorların hüquqlarının qorunması” və “Müqavilələrin icrasının təmin edilməsi”dir.
Hesabatda qeyd olunur ki, Azərbaycan kadastrın əhatə dairəsini genişləndirməklə və kadastr planlarını rəqəmsallaşdırmaqla əmlakın qeydiyyata alınmasını daha asan və şəffaf edib.
Azərbaycan həm borcların, həm də öhdəliklərin ümumi təsvirinə, təhlükəsizlik maraqlarının məhkəmədənkənar icrasına icazə verib.
Tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoymaqla minoritar investorların hüquqlarının müdafiəsi gücləndirilib.
Azərbaycan şikayətçilərə ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiqi və könüllü vasitəçilik haqqında birləşdirilmiş qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.

yap.org.az

Digər xəbərlər