İqtisadiyyat

  • 4 152

Azərbaycandan Latviyaya alma və nar ixrac ediləcək?

image

“Bu gün Bakıda Latviyanın süd məhsullarının təqdimat mərasimində biz Azərbaycandan məhsul idxalı imkanlarını da araşdırdıq”. “Report” xəbər verir ki, bunu Latviya Süd Məhsulları İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Danis Şolks deyib. "Hazırda Latviyaya Azərbaycan məhsulları ixrac edilir. Lakin ixrac həcmini artırmaq mümkündür. Məsələn, Latviya Türkiyədən və digər ölkələrdən alma, nar idxal edir. Mən Azərbaycan almasının və narının dadına baxdım. Buradakı meyvələr, həqiqətən, çox dadlıdır. Onların ölkəmizə idxalı ilə bağlı real əməkdaşlıq imkanları mövcuddur", - deyə qonaq qeyd edib.O, Latviya məhsullarının Azərbaycana ixracı barədə də danışıb və ixracın illik dəyərinin 2,5 milyon avro civarında olduğunu deyib: "Hesab edirəm ki, biz daha çox məhsul sata bilərik. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında birbaşa aviareys var və əvvəllər Azərbaycana ixrac edə bilmədiyimiz məhsulları hazırda edə bilirik”.

sia.az

Digər xəbərlər