"SOCAR atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır"

"SOCAR mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir". SİA-nın verdiyi məlumata görə, bunu "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu" beynəlxalq konfransda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.O bildirib ki, Azərbaycan Respublikasının Milli məlumatlarına əsasən, müstəqilliyin ilk illərində Azərbaycanda istilik effekti yaradan qazlar xeyli azalıb: "Buna səbəb, keçid dövrünü yaşayan ölkəmizdə irisənaye müəssisələrinin işinin dayandırılması və ümumilikdə, ölkə əhalisinin istifadə etdiyi yanacağın miqdarının azalmasıdır. Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkədə neft-qaz sənayesinin yüksəlişi və istehsalat sahələrinin inkişafı nəticəsində 2000-ci illərdən başlayaraq ölkədə atmosferə atılan istilik effekti yaradan qazların miqdarı da artmağa başladı. Bu tendensiyanın qarşısının alınması məqsədilə enerji səmərəliliyi, enerjiyə qənaət və çoxkarbonlu yanacaq növündən az karbonlu yanacağa keçmək kimi tədbirlərin icrasına başlandı. SOCAR olaraq, biz də bu tədbirlərə qoşulanlardan birincisi olduq. SOCAR-ın 2008-ci ildə təsdiq olunmuş “Ekoloji Siyasəti” bu istiqamətdə fəaliyyətimizin əsasını təşkil edir"SOCAR prezidenti əlavə edib ki, son zamanlar “Ekoloji Siyasət” sənədimiz çərçivəsində həmintorpaqların bərpası istiqamətində böyük uğurlar əldə edilib:"SOCAR, həmçinin Dünya Bankı və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” birgə təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. 2018-ci ildə Azərbaycanda bu göstərici 1%-ə, cari ildən isə bu rəqəm 0,9%-ə endirilib. 2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 mlrd. kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib".

sia.az