"Bərpa olunan və alternativ enerji sahəsinin inkişafına dair layihələr həyata keçiriləcək"

Yaxın vaxtlarda Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsinin inkişafına dair bir sıra layihələr həyata keçiriləcək. SİA-nın məlumatına görə, bunu "İqlim dəyişikliyi və ətraf mühitdə Paris razılaşmasının rolu" adlı beynəlxalq konfransda çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.Onun sözlərinə görə, Azərbaycanda hidroenerji resursları daxil olmaqla, bərpa olunan enerji mənbələrinin ümumi ilkin enerji istehlakında payı 18%-ə çatdırılıb.Nazir həmçinin qeyd edib ki, 2030-cu il üçün bu göstəricinin 30%-ə çatdırılması planlaşdırılır.

sia.az