İqtisadiyyat

  • 4 085

"Nəhəng layihələr iki qardaş dövlətin gücünü və iradəsini bir daha ortaya qoyur" ÖZƏL-MÜNASİBƏT

image

"Cənab Prezident İlham Əliyevin Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxışı zamanı dediyi kimi həyata keçirilən nəhəng layihələr iki qardaş dövlətin gücünü və iradəsini bir daha ortaya qoyur, nümayiş etdirir". Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov .Sədrin sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələrini şərtləndirən faktor olaraq ilk növbədə iki müstəqil dövlətin qardaş xalqlarının bir-birinə bağlılığıdır: "Tarixi köklərlə bağlı olan əlaqələrə möhkəm dostluq, mehriban qonşuluq, etibarlı tərəfdaşlıq və qarşılıqlı hörmət əlavə çalarlar qatır. Hər iki dövlətin birinci şəxslərinin birgə səyləri və güclü siyasi iradələri sayəsində bu prinsiplər inkişaf etdirilərək əlaqələrin daha da möhkəmlənməsini şərtləndirməkdədir.Bu münasibətlərin həm tarixi kökləri var və həm də bu münasibətlər iki dövlət və bir millətin əsrlərlə formalaşdırdığı dostluq kimi vacib bir dəyərlə daha da zənginləşmişdir. Hər iki ölkənin prezidentləri bütün beynəlxalq qurumlarda iki dövlətin maraqlarını eyni səviyyədə qorumaqla bu birliyi bütün dünyaya nümayiş etdirməkdədirlər. Prezident İlham Əliyev Türkiyənin gücünü Azərbaycanın gücü, uğurunu bizim uğurumuz kimi ifadə etməsi əslində dünyaya və bu iki qardaş dövlətə qarşı olan güclərə mesajdır. Azərbaycan bütün iri transmilli layihələri qardaş Türkiyə dövlətini cəlb etməklə həyata keçirir. Ən kritik məqamlarda bu münasibətlərdə ölkə başçımız Türkiyənin maraqlarını və mövqeyini müdafiə etmişdir. Prezident İlham Əliyev enerji layihələrinə Türkiyəni cəlb etməklə qardaş ölkənin Avropa üçün önəmini bir daha artırmış olur və Türkiyə ilə hesablaşmağı həmin dövlətlərə diktə edir".

sia.az

Digər xəbərlər