İqtisadiyyat

  • 4 298

"TAP işə düşəndən sonra TANAP-ın əhəmiyyəti bir qədər artacaq" ÖZƏL-MÜNASİBƏT

image

"TANAP çox nəhəng bir layihədir. Bu layihə sadəcə olaraq qaz ötürən boru xətti kimi anlaşılmamalıdır. Bunun həm siyasi, həm iqtisadi, hətta deyərdim ki, qlobal mənası və faydası vardır". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, bu layihə Azərbaycan qazını Türkiyə üzərindən daşımaqla bərabər Orta Asiyadakı, xüsusən də Qazaxıstan və Türkmənistandakı qaz ehtiyatlarının Avropaya çatdırılmasında vasitəçi olacaq: "Yəni yaxın vaxtlarda TAP layihəsi də işə düşəndən sonra əlbəttə ki, TANAP-ın əhəmiyyəti bir qədər artacaq. Yəni faktiki olaraq Azərbaycan Avropanın qaz təchizatında bir nömrəli dövlətə çevrilə biləcək. O baxımdan düşünürəm ki, bu boru xəttinin keçdiyi bütün coğrafiya boyu xalqlar əlbəttə ki, fayda görəcəklər. Burada söhbət Türkmənistandan və sonrakı mərhələdə Qazaxıstandan da gedir. Eyni zamanda təbii ki, Azərbaycan qazının Avropaya çıxarılması yolu boyunca Gürcüstan, Türkiyə, Yunanıstan və digər ölkələr bundan faydalanacaqlar. Bu həmçinin təhlükəsizlik kəməri rolunu da oynayacaq. Necə ki, Bakı-Tbilisi-Ceyhan Azərbaycan üçün əlavə təhlükəsizlik kəməridir TANAP və onun ardınca da TAP da növbəti bir təhlükəsizlik kəməri rolunu oynayacaq. Əlbəttə ki, bu da ancaq və ancaq cənab Prezident İlham Əliyevin olduqca müdrik, uzaq strategiyaya hesablanmış fəaliyyətinin nəticəsidir. Yəni illər sonra da bu kəmərlər Azərbaycan üçün bir təhlükəsizlik kəməri rolunu oynamağa davam edəcək”.

sia.az

Digər xəbərlər