Müsahibə

  • 10 706

"Xalqın gözündə müxalifətin bir qram dəyəri yoxdur"

image

Tahir Kərimli: " Əli Kərimli və İsa Qəmbər yanlarında olanları alçaltmaqla özləri yüksəlməyə çalışır"

Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir

- Tahir bəy, artıq sübuta yetirilir ki, Əfqan Muxtarlı, Gözəl Bayramlı və digər bu kimi olayların qızışdırılmasında xarici qüvvələrin xüsusi rolu olub. Sizcə, bu kimi olaylardan maraqlı qüvvələr nə əldə etməyə ümid bəsləyirlər?

- Böyük dövlətlərin və beynəlxalq təşkilatların əlində heç bir demokratik düşüncə yoxdur. Yalnız müxalifətdən bir alət kimi həmin ölkələrin daxili işinə qarışmaq üçün istifadə olunur. Hər kəs çox gözəl bilir ki, xarici maraqlı dairələr Azərbaycanın dağıdıcı qanadı vasitəsilə Bakıda özlərinin "beşinci kolon"unu yaradırlar. Müəyyən öhdəlikləri qarşılığında onlara maliyyə yardımları ayırırlar. Yəni QHT-ləri, siyasi partiyaları, bir sözlə, süni müxalifət yaradaraq, onlara maliyyə yardımları edirlər. Ümumiyyətlə, xarici havadarlar bu cür qüvvələrdən istifadə etməklə ölkədə nə isə xoşagəlməz halların yaradılmasına çalışır. Amma məkrli qüvvələrin istəkləri heç vaxt real olmayıb və olmayacaq da. Pislik elə onların özlərinə qalacaqdır.

- AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı Əfqan Muxtarlı və Gözəl Bayramlı kimi məsələlərdə onların hüquqlarını müdafiə etməkdəndisə daha çox öz maraqlarını təmin etməyə səy göstərirlər. Bunun siyasi riyakarlıqdan başqa bir şey olmadığını demək olarmı?

- Təəssüflər olsun ki, müxalifət və adları çəkilən şəxslər, ancaq şəxsi ambisiyalarını düşünür və partiya maraqlarını irəli çəkib, istəyirlər ki, özlərinə dividend qazansınlar. Müxalifət düşərgəsində olan şəxslər, hər zaman çalışıblar ki, biri digərindən üstün olsun. Əli Kərimli və İsa Qəmbər yanlarında olanları alçaltmaqla özləri yüksəlməyə çalışır. Belə bir rəqabət aparmaq onları daha da gözdən salır, çıxılmaz vəziyyətlə üzləşdirərək, parçalayır.

- Niyə görə müxalifət sivil mübarizə metodlarından imtina edib, daha çox qeyri-ciddi və dağıdıcılığa meyililiyi olan vasitələrlə gündəmə gəlməyə çalışırlar? -

- Müxalifət düşərgəsini təmsil edən şəxslərin bu cür vasitələrlə gündəmə gəlməyə çalışmalarının səbəbi onların heç bir güclərinin olmaması ilə bağlıdır. Çünki gücləri və sosial dayaqları olsaydı, onlar bu cür etməzdilər. Bunun da səbəbi müxalifət düşərgəsində biri-birləri ilə yola getməmələri və biri digərini qəbul etməməsi ilə bağlıdır. Həmin müxalifət təmsilçilərinin özləri də, çox yaxşı bilirlər ki, xalqın gözündə müxalifətin bir qram dəyəri yoxdur. Yəni bu qüvvələr xalqın gözündən düşüblər.

GÜLYANƏ

Digər xəbərlər