Müsahibə

  • 5 903

Sülh yoxsa, müharibə?

image

Azər Həsrət: "Ermənilər xalq olaraq həmişə gücə təzim edib, gücün qarşısında geri çəkiliblər"

Müsahibimiz siyasi şərhçi Azər Həsrətdir

- Azər müəllim, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin iddiasına görə, bu ayın sonuna qədər nəzərdə tutulan Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru prinsipial addım atıla bilər. Bu fikirlər nə dərəcədə real hesab etmək olar?

- Əlbəttə, biz bunun baş verməsini arzu edirik. Amma o qədər də ümidli deyilik. Çünki ötən illər ərzində bu cür fikirlər dəfələrlə səsləndirilib və nəticə yenə də eyni olub: heç bir irəliləyiş baş verməyib. Bunun da səbəbi bəllidir: Ermənistan münaqişənin həllində, ümumiyyətlə, maraqlı deyil. Çünki bu münaqişə və işğalın özü Ermənistan hakimiyyətinin ömrünü uzatmaq üçün yaxşı bəhanədir. Ona görə də, Sarkisyan rejimi görüntü üçün danışıqlarda iştirak edir, amma əməli addıma çatanda, bir bəhanə ilə ortalığı qarışdırır. Bu baxımdan, prinsipial addım məsələsində mən amerikalı həmsədr qədər nikbin deyiləm.

- Xarici işlər nazirlərinin görüşündən sonra prezidentlərin görüşünə ümid bəsləmək olarmı?

- Bu məsələdə nikbinəm. Çünki istənilən halda, prezidentlər görüşməlidir. Ən azı, ona görə ki, Dağlıq Qarabağ münaqişəsinin sona çatdırılmasında, son söz sahibi hər iki ölkənin ən ali rəhbəridir. Xarici işlər nazirlərinin görüşləri də, əslində, prezidentlərin görüşməsi üçün hazırlıq hesab edilir.

- Hər zaman, qeyri-konstruktiv mövqe ilə seçilən Sarkisyan rejimi, sizcə, beynəlxalq təzyiqlərə və Azərbaycanın gücü və qüdrətinə görə, geri çəkilib Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe ortaya qoya bilərmi?

- Beynəlxalq təzyiqləri o qədər də effektiv hesab etmirəm. Amma Azərbaycanın artmaqda olan hərbi və iqtisadi qüdrəti, xalq-dövlət vəhdətinin getdikcə möhkəmlənməsi bizi ümidləndirəcək amildir. Yəni hamımız yaxşı anlayırıq ki, Ermənistan hansısa dinc çağırışlarla işğal etdiyi torpaqlardan çəkilən deyil. Ümumiyyətlə, ermənilər xalq olaraq, həmişə gücə təzim edib, gücün qarşısında geri çəkiliblər. O baxımdan, dövlətimizin hərbi gücünü artırma xətti yürütməsi ən doğru seçimdir və məhz bu amil də Ermənistanı geri çəkilməyə məcbur edəcək.

GÜLYANƏ

Digər xəbərlər