Müsahibə

  • 4 848

Ölkə iqtisadiyyatı bu il üçün qarşıya qoyulmuş məqsədlərə nail olmaq əzmindədir

image

Milli Məclisin deputatı Tahir Mirkişili
- Tahir müəllim, bildiyimiz kimi, noyabrın 30-da Milli Məclis tərəfindən 2019-cu ilin büdcə zərfinə daxil olan sənədlər qəbul olundu. İlk olaraq, gələn ilin dövlət büdcəsinin üstün cəhətləri haqqında fikirlərinizi bilmək istərdik...
- Başa çatmaqda olan 2018-ci ilin sosial-iqtisadi nəticələri onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı bu il üçün qarşıya qoyulmuş məqsədlərə nail olmaq əzmindədir. Aparılmış iqitisadi və idarəetmə islahatları nəticəsində ölkədə makro-iqtisadi sabitlik qorunub möhkəmlənmiş, manatın kursu sabit olmuş və kursa olan təhlükələrin böyük əksəriyyəti aradan qaldırılmış, qeyri-neft sektoru inkişaf etmiş, ixracın həcmi və strateji valyuta ehtiyatları artmış, yeni iş yerləri yaradılmışdır.
2018-ci ilin 9 ayının nəticələrinə görə büdcə gəlirlərinin yığılmasının proqnozlarına artıqlaması ilə əməl olunması iqtisadi artımın öz əksini büdcədə də tapmasının bir göstəricisidir. Bütün beynəlxalq təşkilatlar (Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, AYİB) 2019-ci ildə Azərbaycanda ÜDM-in artmasını proqnozlaşdırırlar. Azərbaycan hökuməti də 2019-ci il üçün ÜDM-in 3.6% artmasını planlaşdırması 2019-ci ilin iqtisadi cəhətdən artım və aktiv il olacağı planlaşdırılır. Belə bir şəraitdə 2019-ci il dövlət büdcəsinin də bu iqtisadi reallığa əsaslanması qanuna uyğundur.
Manat ifadəsində 2019-cu ilin dövlət büdcəsi Azərbaycanın ən böyük büdcəsidir. Büdcənin həm gəlir, həm də xərc hissəsində artım planlaşdırılır. 2019-cu ildə aparılacaq əhatəli vergi islahatlarının nəticələri də büdcədə əks olunmuşdur.
- 2019-cu ilin dövlət büdcəsi həmçinin sosialyönümlü və investisiyayönümlü büdcə kimi səciyyələndirilir. Bu barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin güclü sosial siyasəti hər zaman dövlət büdcəsində də əksin tapıb. 2019-cu il büdcə xərclərinin hər 100 manatından 32 manatının sosial xərclərə, 27 manatının isə investisiya xərcləri olması büdcənin bir tərəfdən sosial təminatı, digər tərəfdən isə iqtisadi aktivliyi dəstəkləyəcəyini deməyə imkan verir.
İnflyasiyanın səviyyəsinin 3.8%, əhalinin real gəlirlərinin artımının isə 5.9% proqnozlaşdırılması əhalini maddi rifah halına müsbət təsirin olacağını deməyə imkan verir. Təqaüd və sosial müavinətlərin, qaçqın və məcburi köçkünlərə sosial dəstəyin artırılması, sosial mənzillərin tikintisi üçün əlavə vəsaitin nəzərdə tutulması da ciddi məqamlardır.
- Gələn ilin büdcə zərfinə daxil olan digər sənədlərin əhəmiyyəti nədən ibarətdir. Əvvəlki illərlə müqayisədə növbəti il üçün nə kimi müsbət yeniliklər var?
- 2019-cu il büdcəsi ilk dəfə olaraq ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş yeni büdcə qaydalarına uyğun hazırlanıb. Bu isə büdcənin icrasının 2019-cu ildə xarici konyukturada baş verən dəyişikliklərdən, xüsusən də neft qiymətlərinin dəyişməsindən az asılı olacağını deməyə imkan verir ki, bu çox mühüm yenilikdir.
- Ümumiyyətlə, dövlət büdcəsində qeyri-neft sektorunun çəkisi barədə də fikirlərinizi bilmək istərdik…
- 2019-cu il üçün dövlət büdcəsi gəlilərinin 40.2%-i qeyri-neft sektoru hesabına formalaşacaq. Ümumilikdə, 2019-cu ildə ÜDM-in 61.6%-i qeyri-neft sektoruna aid olacaq. Növbəti ildən vergi islahatlarının aparılması ölkədə şəvvaflığı artıracaq, qeyri-neft sektorunun daha da inkişafına səbəb olacaqdır. Və nəticə olaraq dövlət büdcəsinin də qeyri-neft sektoru gəlirlərinin gəcəkdə daha da artması hədəflənir.
- Yeri gəlmişkən, hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun artım perspektivlərini necə dəyərləndirirsiniz?
- Qeyri-neft sektorunu inkişafı ilə bağlı ölkədə geniş miqyaslı işlər görülür. Həm sənaye sahəsində, həm aqrar sektorda, həm də xidmət sektorunda görülən işlər bütövlükdə qeyri-neft sektorunda artımın daha da sürətlənməsini şərtləndirəcək.
Qeyri-neft sektorunun 2019-cu ildə 3.9% artım ilə proqnozlaşdırılması görülən işlərin nəticəsi olaraq proqnozlaşdırılıb. Ölkəmizdə qeyri-neft sektoru potensialı çox böyükdür. Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi bu potensialı reallaşdırmaq üçün unikal şanslar yaradıb. Sahibkarların bu imkanlardan daha çox yararlanması və ixracın həcminin daha da artırılması üçün dövlət tərəfindən intensiv tədbirlər görülür. Əminəm ki, növbəti ildə biz Azərbaycan iqtisadiyyatının daha dinamik inkişafının şahidi olacağıq.

yap.org.az

Digər xəbərlər