Müsahibə

  • 4 933

"Azərbaycanın müstəqilliyinə gedən yolun əsası Ulu Öndər tərəfindən qoyulub" - MÜSAHİBƏ

image

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun SİA-ya müsahibəsi

- Məlum olduğu kimi Ulu Öndər Heydər Əliyevin haqq dünyasının qovuşmasından 16 il ötür. Biz bilirik ki, siz Dahi şəxsiyyətin yaxın silahdaşlarından biri olmusunuz. Cismən bizdən ayrılsa da, ruhən hər zaman bizimlə olan Ümummilli Liderin Azərbaycan dövləti üçün gördüyü işlər haqqında fikirləriniz.
- Tarixi şəxsiyyət haqqında danışmaq həm çətin, həm də məsuliyyətlidir. Hələ 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycanın birinci katibi seçildikdən sonra, ölkəmiz ən geridə qalan respublikalardan biri idi. O qısa müddət, yəni 14 il ərzində görülən işlər nəticəsində Azərbaycan ən qabaqcıl respublikalardan birinə çevrildi. Ölkəmiz bütün xüsusilə də kənd təsərrüfatı, sənaye sahəsində böyük dönüş etdi. Heydər Əliyev uzaqgörən və müdrik insan idi. Təbii ki, Təhlükəsizlik Komitəsinin sədri işləyən zaman da Azərbaycanda gedən bütün prosesləri bilirdi. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin Pleniumda çıxışı hər kəsin yadındadır. Dönə-dönə vurğulayıram ki, Heydər Əliyev tarixi şəsiyyət idi. Çünki, tarixi məhz şəxsiyyətlər yaradır. Ulu Öndər də Azərbaycanda bir tarix yardıb. Ümummilli lider 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Sovet büdcəsi hesabına Bakıda neft ayrıma zavodlarını yenidən qurdurdu. Düzdür, o vaxt biz mərkəzi hakimiyyətə neft verirdik, amma Heydər Əliyev verdiyimiz neftdən qat-qat artıq SSRİ-nin büdcəsindən Azərbaycanda quruculuq, abadlıq işləri həyata keçirdi. Nə qədər binalar tikildi, böyük birliklər yaradı. Təbii ki bu da neft istehsalı və satışında böyük xidmətləri olub.
- Aqrar sahə haqqında geniş biliyə sahib olan biri kimi Ulu Öndərin kənd təsərrüfatının inkişafı sitiqamətində xidmətlərindən də bəhs edərdiniz
- Uzun illər bu sahədə çalışan biri kimi deyə bilərəm ki, Azərbaycanda o dövrdə kənddə yaşayan insanlar kasıb idi. Mən də həmin dövrdə kənddə yaşayırdım. Hər kəs ağır şəraitdə, palçıqlı küçələr də yaşayırdı. Ulu Öndər 1950-60-cı illərdə palçıqlı şəraitdə insanları həmin vəziyyətdən çıxardaraq, onların ikimərtəbəli evlərdə məskunlaşmasına imkan yaratdı. O vaxtın qabaqcıl respublikası kimi Azərbaycanda ordenlərin, zəhməti hesabına avtomobil alanların sayı-hesabı yox idi. Təbii ki, bütün bunlar pambıq, üzümçülük istehsalından əldə olunan gəlirlər hesabına əldə edilmişdi. Çünki bu sahələrdən əldə olunan gəlirlərin hər biri kənd təsərrüfatına, kəndçiyə gəlirdi. Məhz bunun nəticəsində kənddə yaşayanların sosial rifah halı daha da yaxşılaşdı, hətta maşınları da oldu. Azərbaycandan olan Sosialist Əməyi Qəhrəmanlarının sayı digər respublikalardan çox idi. Hətta bununla bağlı Ukraynanın biirinci katibi Heydər Əliyevdən soruşur ki, necə olur ki, biz Azərbaycanda böyük ölkəyik amma ölkənizdə Sosialist Əməyi Qəhrəmanlarının sayı bizdən çoxdur. Ulu Öndər cavab vermişdir: “İndi neyləyim ki, mənim xalqım istedadlıdır”. Bu, böyük göstərici idi. Bu ölkəmizin böyük inkişaf yolunda olduğunu sübut edirdi. Heydər Əliyev görün nə qədər uzaqgörən insan idi ki, o, 1978-ci ildə Azərbaycan Konstitusiyasında dəyişiklik ediləndə dilimiz Azərbaycan dili olaraq təsdiq edildi. O zaman bildiyiniz kimi bütün respublikalarda dövlət dili rus dili idi və heç kim bunu dəyişməyə cürət etmirdi. Azərbaycanın müstəqilliyinə gedən yolun əsası Ulu Öndər tərəfindən qoyulub.
- Ulu Öndər Naxçıvanı işğaldan necə qorudu?
- 1987-1990-cı illərdə SSRİ-də ən ağır sahələr Heydər Əliyevə tapşırılmışdı Ulu Öndər həmin vəzifələrin öhdəsindən də yüksək səviyyədə gəlib. Lakin mənfur Qarbaçov hakimiyyətə gəldikdən sonra yenidənqurma ilə əlaqədar Heydər Əliyev istəməyən, paxıl insanlar insanlar onu vəzifədən uzaqlaşdırdılar. Ulu Öndər həmin dövrdə də Azərbaycanı unutmur, ölkəmizə kömək edirdi. Daha sonra hər kəsin də bildiyi kimi Heydər Əliyev 1990-cı ildə Azərbaycan gəldi. Lakin həmin dövrdə rəhbərlik Onun Bakıda yaşamasına imkan vermədi və o doğulduğu Naxçıvana döndü. Naxçıvanda Ulu Öndər sözün həqiqi mənasında 1 il müddətində bütün sağlamlığını bərpa etdi. Heydər Əliyev Naxçıvanı erməni işğalından qorudu. Ermənilərin özləri də Heydər Əliyevdən çəkinirdilər. O dövrdə Bakıda vəziyyət o qədər də yaxşı deyildi. AXC adlı hərəkat hakimiyyətdə idi, kommunist partiyası iflic olmuşdu. Onlar arasında konflikt ölkəni dağıdırdı. Həmin dövrdə Naxçıvanda da vəziyyət ağır idi. 1991-ci ildə avqustun 19-da dövlət çevrilişi zamanı Kommunist Partiyası fəaliyyətini dayandırdı və həmin zaman Naxçıvanda hakimiyyətsizlik idi. Həmin dövrdə mən də Azərbaycanın deputatı idim. 1990-cı ildə Ulu Öndər Naxçıvana gələndə hər ikimizə deputat seçilmək qisməti oldu. Həmin dövrdə Naxçıvanın dayanıqlığını təmin edən, işğala qarşı çıxan yeganə şəxsiyyət Heydər Əliyev idi. Mən çıxışda qeyd etdim ki, Ulu Öndərə alternativ yoxdur. Əgər Heydər Əliyev Ali Məclisin sədri seçilməsə, yəqin ki, biz erməni işğalından canımızı qurtara bilməyəcəyik. Coğrafiyanı bilənlər yaxşı bilir ki, ermənilər Sədərəkdən girib Ordubaddan çıxmaqla Naxçıvanı işğal edə bilərdilər. Heydər Əliyevin zəkası, ağlı erməniləri yerində oturtdu və işğala imkan verilmədi. Heydər Əliyevin Ali Məclisə sədr seçilən kimi orada müdafiə komitəsi yaradaraq, daha sonra islahatlara başladı. Heydər Əliyev 350 minlik Naxçıvan əhalisini yardım hesabına saxladı. Ağır vəziyyət olmasına baxmayaraq, Heydər Əliyev iqtisadi islahatlar apardı, Naxçıvanı qoruyub saxlayaraq yüksək səviyyəyə qaydırdı.
- Naxçıvanı işğaldan qurtaran Ulu Öndər həm də Azərbaycanı dağılmaqdan, parçalanmaqdan xilas etdi. BDU-nun 100 illik yubiley tədbirində Prezident İlham Əliyev də qeyd etdi ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat hakimiyyəti Heydər Əliyevin Bakıya gəlməsi üçün 3 dəfə təyyarə göndərdi.
- 1993-cü ilin iyun ayında Gəncə hadisələri zamanı qan tökülərkən Azərbaycan əhalisi ayağa qalxdı, Ulu Öndəri hakimiyyətə dəvət etdi. Burada Yeni Azərbaycan Partiyasının xüsusi xdmətlərini də qeyd etmək lazımdır.

Baxmayaraq ki, Heydər Əliyev bir o qədər də partiya yaratmaq istəmirdi, amma xahişlə 1992-ci ildə belə bir partiya yaradıldı. 16 oktyabrda “Səs” qəzetində 91 ziyalı tərəfindən Heydər Əliyevə edilən müraciətdən sonra 1992-ci ilin 24 oktyabrında Ulu Öndər Heydər Əliyev “Səs” qəzetində onlara cavab verdi. Həmin gün AXC rəhbərləri Naxçıvanda dövlət çevrilişi etdilər. Bu cür ağır vəziyytdə Heydər Əliyev Naxçıvanı qorudu. Lakin iyun hadisələrindən sonra insanlar Ulu Öndərin ətrafında birləşdilər və AXC-dən qormayaraq Heydər Əliyevin tərəfindən çıxış edirdilər. 5 iyun tarixində Ulu Öndərin arxası ilə təyyarə gəlmişdi. Lakin O getmək istəmirdi. Mən ayın 7-də Bakıya gələrək burada insanların həqiqətən də Heydər Əliyevi gözlədiklərinin şahidi oldum. Onların ümidi, nicatı Ulu Öndərə idi. Heydər Əliyev ayın 9-da Bakıya gəldi və bildiyiniz kimi ayın 13-də Ali Sovetdə keçirilən iclasda çıxış edərək Gəncəyə getdi. Ayın 15-də isə Heydər Əliyev Ali Sovetin sədri seçildi. Elə həmin gün Azərbaycanın və xalqımızın sözün əsil mənasında qurtuluşu oldu.

yap.org.az