MİA

  • 3 863

İnsan hüquqlarının müdafiəsinin genişləndirilməsi

image

1961-ci ildə Avropa Şurası vətəndaş və siyasi huquqların iqtisadi və sosial-ictimai hüquqlarla əlaqəsi olduğunu və onlarla birlikdə ümumi prinsiplər toplusunu yaratmalarını nəzərə alaraq, Avropa Sosial Xartiyasını qəbul etmişdir.

Xartiya və 1988-ci ildə qəbul olunmuş Əlavə Protokol dövlət tərəfindən təmin olunması tələb olunan bir sıra minimum əsas hüquqlara təminat verir.

Əmək məsələlərində diskriminasiyaya yol verməmək;

Məcburi əməyin qadağan olunması;

Həmkarlar ittifaqları yaratmaq və kollektiv müqavilələr bağlamaq hüququ;

Layiqli və normal əmək şəraiti və ədalətli mükafatlandırma hüququ; kişi və qadınların eyni işlərə görə bərabər əməkhaqqı alması hüququ;

Məhdud əmək qabiliyyəti olan insanların əmək fəaliyyətinə inteqrasiyası;

15 yaşına qədər olan uşaqların əməyindən istifadənin qadağan olması və 15-18 yaşında olan gənclərin əmək şəraitinin müdafiə olunması hüququ;

analığın müdafiəsi;

mühacir işçilərin bərabər iş şəraiti və əmək haqqına hüquqlarının olması.

Sağlamlığın qorunması, sosial sığorta, tibbi və sosial təminat, sosial xidmətlərin alınması hüququ;

Uşaq və gənclərin fiziki və mənəvi zərərin yetirilməsindən müdafiə olunması hüququ və həmçinin, uşaq əməyinin istifadəsinin qadağan olunması;

Ailənin və onun üzvlərinin hüquqi, sosial və iqtisadi müdafiyənin təmin edilməsi hüququ;

Mühacir işçilər və onların ailələrinin müdafiə edilməsi hüququ;

Yaşlı insanların müdafiə edilməsi huququ.

1996-cı ildə Avropa Sosial Xartiyasının qəbul olunduğu gündən bu tarixə qədər baş vermiş bütün radikal sosial dəyişiliklərə əsaslanaraq, Yenidən Baxılmış Avropa Sosial Xartiyası qəbul olunmuşdur. Tədricən 1961-ci ildə qəbul olunmuş Xartiyanı əvəz edərək, Yenidən Baxılmış Avropa Sosial Xartiyası aşağıdakı yeni sahələrdə hüquq normalarını təyin edir:

Qadın və kişilər arasında bərabərliyin davamlı olaraq təmin olunması; Əlillərin sosial inteqrasiya və şəxsi müxtariyyət hüququ;

Uşaq və gənclərin sosial, hüquqi və iqtisadi müdafiə olan huquqlarının qorunması, işdən xaric edilmə zamanı müdafiyə hüququ;

Ləyaqətin tapdalanmaması hüququ;

Ailə məsuliyyətli işçilərin digərləri ilə yanaşı bərabər iş şəraiti və imkanlara malik olmaq hüququ;

Yoxsulluq və sosial təcriddən müdafiə olunma hüququ;

Layiqli yaşayış yeri əldə etmək hüququ.

Dövlətlər tərəfindən Sosial Hüquqlar üzrə Avropa Komitəsinə Xartiya ilə müəyyən olunmuş hüquq və normalara riayət edilməsi haqqında təqdim olunan hesabatlar, 1991-ci ildə qəbul olunmuş Protokol əsasında yaradılmış Nəzarət Mexanizminin əsasını təşkil edir.

1998-ci ilin iyul ayında qüvvəyə minmiş əlavə Protokola əsasən, milli hesabatların baxılması prosedurasına, həmçinin, kollektiv şikayətlər sisteminin vəziyyəti də əlavə edilmişdir ki, bu da QHT-lər, həmkarlar ittifaqları və işə götürənlərin təşkilatları üçün Avropa Şurasının Sosial Hüquqlar Komitəsinə Xartiyanın pozulması haqdı şikayət etmək imkanı yaradır.

Avropa Şurasının insan hüquqlarının təmin olunması sahəsində apardığı fəaliyyət son illər ərzində fiziki zorun tətbiqinə qarşı istiqamətlənmiş və güclənmişdir.

Zorun tətbiqi, qeyri-insani və ləyaqəti alçaldıcı münasibət və ya cəzaya qarşı 1987-ci ildə qəbul olunmuş Avropa Konvensiyası, Avropa İnsan Hüquqları Konvensiyasının 3 saylı maddəsində nəzərdə tutulmuş hərəkətlərin qadağan olunmasının praktiki reallaşmasına yönəlmişdir.

Ziyarət (baş çəkmək) etmə sistemi əsasında qurulmuş və müxtəlif sahələrdə olan müstəqil ekspertlərdən ibarət olan komitə Qeyri-insani, qəddar və ləyaqəti alçaldıcı münasibət və ya cəzaya qarşı Avropa Komitəsi tərəfindən həyata keçirilən xüsusi nəzarət mexanizmi yaradılmışdır. Komitə hökumət tərəfindən azadlıqdan məhrum edilmiş insanların saxlanıldığı yerlərə baş çəkir: həbsxanalar, yetkinlik yaşına çatmamışlar üçün koloniyalar, polis məntəqələri, hərbi kazarmalar, psixiatrik xəstəxanalar və s.

Qeyd olunan ziyarətlərin əsas məqsədi dustaqların hansı vəziyyətdə saxlanılmasını qiymətləndirmək və əgər lazımdırsa, bu şəraitlərin yaxşılaşdırılmasını təklif etməkdir. Bu ziyarətlər iki növə ayrılır ki, onlardan biri müxtəlif ölkələri ziyarət etmək məqsədilə planlı və ya periodik şəkildə həyata keçirilir; ikinci isə işgüzar (ad hoc) ziyarətlərdir ki, onlar, əsasən, təcili hallarda istifadə olunur. 2001-ci ilin əvvəlinə komitə 79 periodik (planlı şəkildə) və 35 işgüzar ziyarətlər təşkil etmişdir ki, bunlardan sonuncusunun sayı getdikcə artır.

Avropa Sosial Xartiyasının nəzarət mexanizmi aşağıdakılardan ibarətdir:

1. Xartiyanın icra olunması haqda hökumətlərin hesabatları.

2. İctimai tərəfdaş və QHT-lərin şərhləri.

Sosial Hüquqları üzrə Avropa Komitəsinin əsas funksiyası:

Milli qanunvericiliyin və qanunun istifadəsinin Xartiya ilə müəyyən olunmuş öhdəliklərə cavab verib-verməməsini təmin edir və lazımi qiymət verir.

Hökumət komitəsinin vəzifəsi:

Avropa Şurasının Nazirlər Komitəsinin qərarlarını hazırlayır, tövsiyələr üçün baxılması zəruri olan işləri seçir.

Avropa Şurasının Nazirlər Komitəsinin funksiyası:

Hər bir nəzarət vaxtı bitdikdə dövlətlərin qanunvericiliyi və qanunun istifadəsi praktikasının Xartiyaya uyğun etməsi istiqamətində zəruri tədbirlər üçün tövsiyələr və qərarlar hazırlayır.

Komitə ziyarət edəcəyi ölkənin hökumətini əvvəlcədən öz gəlişi haqda məlumatlandırmalı, lakin ona səfərin dəqiq vaxtını deməyə məcbur deyil. Hökumətin göstərilən tarix və yerin ziyarətinə öz etirazını bildirmək hüququ çox ciddi şəkildə məhduddur və bu cür etirazlar çox qısa zaman ərzində aradan götürülməlidir.

Komitənin nümayəndələri öz arzuları əsasında maneəsiz istənilən azadlıqdan məhrum olma yerlərini (dustaqxanaları) ziyarət edə bilərlər. Onlar təklikdə məhbuslarla söhbət etmək və məlumat verə biləcək hər bir şəxslə azad danışıqlara girə bilmək hüququna malikdirlər.

Komitə öz vəzifələrini həyata keçirərkən, əməkdaşlıq və məxfilik prinsiplərinə əsaslanır. Hər bir səfərin sonunda hazırlanmış hesabat komitənin maraqlı olan dövlətlə azadlıqları məhrum olmuşlar üçün münasib şəraitin yaradılması üçün zəruri metod və tədbirlərin həyata keçirilməsi üçün dialoqun başlanmasını təmin edir. Maraqlı olan dövlət komitədən həmin hesabatı çap etməyi xahiş edə bilər. Hal-hazırda 70 yaxın hesabat çap olunmuşdur.

Əgər dövlət komitə ilə əməkdaşlıqdan boyun qaçırarsa və ya komitənin tövsiyələrinə diqqət yetirməzsə, onda komitə istisna halı kimi ictimaiyyət üçün açıq bəyanat verə bilər.

Komitə öz fəaliyyəti haqqında illik hesabat hazırlayır və bu hesabat Avropa Şurasının üzv-dövlətləri üçün aşağıda qeyd olunan məsələlər barədə öz tövsiyələrindən ibarətdir: psixiatrik xəstəxanalara məcburi yerləşdirmə qaydaları; ölkəyə daxil olma və qalma ilə əlaqədar olan əsasnaməyə görə azadlıqdan məhrum edilmiş əcnəbilərlə rəftar normaları; həbsxanaların qədərindən artıq dolması; dustaqlara tibbi xidmət; azadlıqdan məhrum edilmə və polis məntəqələrində saxlanılma.

İşgəncələrə qarşı Avropa Konvensiyasına qoşulmuş dövlətlərin sayının artması və bu Konvensiyanın artıq Avropa Şurasının üzvü olmayan ölkələrin imzalanması üçün də artıq təqdim olunması ilə əlaqədar, komitənin fəaliyyət ərazisi Mərkəzi və Şərqi Avropaya yayılmasını nəzərə alaraq, gələcəkdə komitə qarşısında ağır bir məsələnin olmasını göstərir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər