MİA

  • 88 537

Azərbaycanda insan hüquqlarının qorunması prezidentin siyasi iradəsinin təcəssümüdür

image

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. İnsanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur.

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin aşağıdakı əsas prinsiplərinin gerçkləşməsini təmin etdi:
1. Qanunun aliliyi prinsipi.
2. Vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi prinsipi.
3. Dövlətin və şəxsiyyətin qarşılıqlı cavabdehliyi və məsuliyyəti prinsipi.
4.Hakimiyyətin bölünməsi prinsipi.
5.Qanunların yerinə yetirilməsinə konstitusiya, prezident, məhkəmə, prokuror, arbitraj nəzarəti və s.
Ulu Öndər Heydər Əliyev demokratiyanın aşağıdakı prinsiplər üzərində qurula biləcəyini xüsusi əzmlə önə çəkirdi:
"1. Demokratiya qanunun aliliyinə əsaslanmalıdır.
2. Demokratiyanı dərk olunmuş zərurət kimi qəbul etmək lazımdır.
3. Demokratiya xalq hakimiyyəti təsisatlarının yaradılmasını və onlara hörmətlə yanaşılması əsasında gerçəkləşə bilər.
4. Demokratiyaya mürəkkəb ziddiyyətli proses kimi baxılmalıdır.
5. Demokratiya xalqın mənafeyi naminə həyata keçirilməlidir."
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin ali məqsədi kimi insanların və vətəndaşların hüquqlarının qorunmasını göstərirdi: "Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir.
Azərbaycan dövləti, siyasi-hüquqi potensialından tam istifadə etməklə, bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır".
"Yeni konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi-demokratik dövlət yaratmaq, vətəndaşların və insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".
Hələ vaxtilə Ulu Öndər Heydər Əliyevin vətəndaş cəmiyyəti, vətəndaşların və insanların hüquqlarının qorunması uğrunda etdiyi çağırışlar və apardığı siyasət Azərbaycanda müasir vətəndaş cəmiyyətinin formalaşmasını sürətləndirdi. Sovet totalitarizmindən çıxmış Azərbaycan vətəndaşların və insanların hüquqlarının qorunmasını təmin etməyə başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda vətəndaşların və insanların hüquqlarının qorunması stabil şəkil aldı.
Azərbaycanda vətəndaşların və insanların hüquqlarının qorunması prosesində Ulu Öndər Heydər Əliyevin nəzəri və praktiki siyasi fəaliyyəti olduqca böyükdür. Əsasən, Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan vətəndaşların və insanların hüquqlarnın qorunması azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Azərbaycanın vətəndaşların və insanların hüquqlarının qorunması özünün dövlətçiliyə möhkəm əsaslanması ilə fərqlənir. Azərbaycan cəmiyyətində vətəndaşların və insanların hüquqlarının qorunmasının keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində prezident seçkilərini vətəndaşların və insanların hüquqlarının qorunması kimi xüsusi qeyd etmişdir. Azərbaycanda vətəndaşların və insanların hüquqlarının qorunması, həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi iqtisadi islahatların həyata keçirilməsində və ölkənin müasirlik yolunda böyük uğurlar əldə etməsində mühüm nailiyyətdir.
Azərbaycanda prezident seçkiləri vətəndaşların və insanların hüquqlarının qorunması nəticəsi olaraq xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan seçicisinin öz namizədini seçməkdə yüksək aktivlik göstərməsi seçkilərin insidentsiz başa çatması, hətta müxalifət elektoratının müəyyən qisminin seçki zamanı hakim partiyanın namizədi lehinə səs verməsi, Azərbaycanın vətəndaşların və insanların hüquqlarının qorunması tarixinin yeni səhifəsi kimi yadda qaldı. Nəticə etibarilə Azərbaycannın vətəndaşların və insanların hüquqlarının qorunması səviyyəsinin göstəriciləri artıq müəyyən dəyərlərə ehtiramı ilə seçilir. Bu dəyərlərdən ən mühümü də Heydər Əliyev fenomenidir.
Azərbaycanda vətəndaşların və insanların hüquqlarının qorunması həm ölkəmiz, eləcə də, region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Azərbaycanın dövlət rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə və dəyişikliklərlə referendum yolu ilə qəbul olunması da ölkəmizdə vətəndaşların və insanların hüquqlarının qorunması sahəsində yeni mərhələnin göstəricisidir.
Prezident və məmur münasibətlərində dövlət başçısı İlham Əliyevin yeni davranış normalarının formalaşmasına önəm verməsi ölkədə vətəndaşların və insanların demokratik hüquqlarının qorunmasının inkişafına şərait yaradır. Aparılan tədqiqatlar sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müasir Azərbaycanın vətəndaşlarınən hüquqlarının qorunmasının geniş vüsət almasında böyük rolu vardır. Azərbaycanda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında" qanun layihəsi müzakirə edildi. Bu referendumda Azərbaycanın dövlət rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə və dəyişikliklərlə qəbul olunması da ölkəmizdə vətəndaşların hüquqlarının qorunması sahəsində inkişafında yeni mərhələnin göstəricisidir.
Ulu Öndər Heydər Əliyevin layiqli varisi, ölkə Prezidenti İlham Əliyev insan haqlarının həyata keçirilməsi sahəsində mühüm işlər görür. Bu barədə ölkə Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanda qanunun aliliyi başlıca şərtdir. Biz hüquqi dövlət qururuq və qanun hamı üçün qanun olmalıdır. İstər o, adi vətəndaş olsun, nazir olsun, yaxud da siyasətçi olsun. Ona görə bütün bu məsələlərə həmin prizmadan yanaşmaq lazımdır. Gələcəkdə də əgər kimsə Azərbaycanda qanunazidd hərəkətlər edərsə, şübhəsiz ki, bunun da qarşısı alınacaqdır. Qanun hamı üçün eyni olmalıdır".
"Mənim aləmimdə, sivil və hüquqi dövlət o dövlətdir ki, orada qanunun aliliyi var, cəmiyyətdə bütün ictimai-siyasi təsisatlar işləyir, cəmiyyət demokratik prinsiplər əsasında qurulur, söz, vicdan azadlığı var, dinindən, milliyyətindən asılı olmayaraq insanlar eyni hüquqlara malikdirlər, azad yaşayırlar. Mənim aləmimdə, bunlar sivil və hüquqi dövləti müəyyən edən əsas amillərdir. Hesab edirəm ki, indi Azərbaycanda belə bir dövlətin qurulması istiqamətində çox işlər görülür və bundan sonra da çox işlər görüləcək".
Müsahibələrinin birində İlham Əliyev demişdir: "Əvvəla, Azərbaycan Prezident idarəçiliyi olan respublikadır və hətta parlamentdə qüvvələr nisbətinin dəyişməsi də siyasətdə dəyişiklik demək deyildir. İkincisi, xalq hökumətə, onun həyata keçirdiyi islahatlara etimad göstərir. Ümid edirəm ki, yeni formalaşmış parlament Azərbaycanda qanunvericilik funksiyasını uğurla davam etdirəcək, yeni mütərəqqi qanunlar qəbul olunacaqdır. Azərbaycanda qanun hamı üçün eynidir. Bütün qanunsuz hərəkətlərin qarşısı çox ciddi şəkildə alınmışdır və gələcəkdə də alınacaqdır".

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər