Əsas

  • 15 530

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının IX konfransı keçirilib

image

Dünən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər-gül dəstələri düzüblər.

Qusar rayon mədəniyyət evinin iclas zalında keçirilən konfransda rayon təşkilatının sədri David İbramxəlilov hesabat dövründə təşkilatın gördüyü işlərə dair məruzə ilə çıxış edib. D.İbramxəlilov hesabat dövründə rayon təşkilatının sıralarının 1047 nəfər artaraq 5869 nəfər təşkil etdiyini bildirib. Ölkədə həyata keçirilən uğurlu siyasətdən danışan rayon təşkilatının sədri bu naliyyətlərdə Yeni Azərbaycan Partiyasının fəallarının da payı olduğunu diqqətə çatdırıb.

Təşkilatın nəzarət-təftiş qurupunun sədri İkram Tumarxanov məruzəsində rayon təşkilatının maliyyə işləri barəsində konfrans iştirakçılarına geniş məlumat verib.

Hesabat məruzəsi ətrafında çıxış edən YAP Qusar rayon təşkilatının şura üzvləri Niftəli Fərzəliyev və Neva Abdurahmanova Yeni Azərbaycan Partiyasının ölkəmizdə elm və təhsilə, səhiyyəyə, idman və turizmin inkişafına verdiyi töhfələrdən geniş bəhs edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov bildirib ki, YAP cəmiyyətdə böyük nüfuza sahib olan partiyadır. O, YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərinə nəzər salaraq 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının dövlətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri olduğunu diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Milli Məclisin deputatı Azər Badamov, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov YAP-ın həyata keçirdiyi siyasətdən və qarşıda duran mühüm vəzifələrdən geniş bəhs ediblər.

Konfransın işində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov da iştirak edib.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Qusar rayon təşkilatının 31 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib. D.İbramxəlilov yenidən YAP Qusar rayon təşkilatının sədri seçilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər