Xəbərlər

  • 4 979

Azərbaycanda uşaqların sayı açıqlanıb

image

“Azərbaycanda iki milyon altı yüz minə yaxın uşaq var. Bu gün ölkəmizdə uşaqlar dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsalar da, onların bir qismi yəni qaçqın və məcburi köçkün uşaqlar illərdir ki, doğma torpaqlarında, yurd yerlərində azad, sərbəst yaşamaq hüququndan məhrum olublar”.

SİA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib. O bildirib ki, Azərbaycan-Ermənistan hərbi münaqişəsi zamanı 193 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir: “Dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb”.Komitə sədri bildirib ki, son illərdə 3 mindən çox orta məktəb, səhiyyə müəssisəsi, 40 olimpiya və gənclər mərkəzi tikilib: “Azərbaycanda uşaq hüquqlarının güclənməsi ilə bağlı vacib qanunlar qəbul olunub. Bunlar sırasında nikah yaşının 17-dən 18-ə qaldırılması var”.

sia.az

Digər xəbərlər