Xəbərlər

  • 3 477

Siyavuş Novruzov: “Maliyyə mənbəyini gizlədən siyasi partiyalara qarşı ciddi qərarlar qəbul edilməlidir”

image

“Bu yaxınlarda Azərbaycanın Baş prokuroru da açıqlama verdi ki, bəzi partiyalar maliyyə mənbələri haqqında ictimaiyyətə və aidiyyatı strukturlara məlumat vermirlər. Baxmayaraq ki, biz bununla bğlı qanun qəbul etmişik və qanuna əsasən onlar həm MSK-ya, həm də digər strukturlara bu haqda hesabat verməlidirlər. Biz şəffaflığın təminatı ilə bağlı qanun qəbul etmişik və bu addımı vaxtında atmışıq”. SİA-nın xəbərinə bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar iclasında çıxışı zamanı deyib. Hər bir məsələnin arxasında maliyyənin dayandığını deyən komitə sədri söyləyib ki, maliyyənin mənbəyi məlum olanda bir çox məsələr öz yerinə düşür: “Siyasi partiyaların birinin müavininin 41 dəfə bir ölkəyə səfər edib oradan pul çıxarıb gətirməsi təbii ki, sağlam məqsədə xidmət etmir. Əgər sağlam adamsansa, niyə bunu Azərbaycanda, bizim banklar vasitəsilə deyil, digər ölkələrin banklarından alırsan?”. Milli Məclisdə terrorun maliyyələşməsi ilə bağlı qanun layihəsinə dəyişiklik edildiyini xatırladan S.Novruzov qeyd edib ki, amma bir müddət sonra bu qanun layihələrinə yenidən baxılmalıdır: “Əgər kimsə nizamnamə tələblərinə qarşı çıxırsa, onun haqqında kifayət qədər ciddi qərarlar qəbul edilməlidir. Çünki vətəndaşlarımızın taleyi hər şeydən yüksəkdə durmalıdır. Gələcək qanunlarda bu məsələlər sərtləşdirilməlidir”. S.Novruzov vurğulayıb ki, Azərbaycanda bəzi partiyalar hesabatlarını təqdim etmir və ya təqdim edərkən sıfır rəqəm qeyd edir: “Hansı ki, onların kifayət qədər işçiləri, cangüdənləri, bahalı maşınları və digər yüksək şəraitləri var. Bu baxımdan düşünürəm ki, onlar yoxlanmalıdır. Əgər şəffafdırsa, bu qanunlardan qorxmamalı, öz maliyyə mənbəyini açıqlamalıdır”

Digər xəbərlər