Moskvalı haker Vladimir Putinin şəkli olan dollar çap etdirir

Moskvalı haker qazanc əldə etmək üçün qeyri-adi üsula əl atıb. AZƏRTAC “vistanews.ru”ya istinadla xəbər verir ki, haker Rusiya Prezidenti Vladimir Putinin təsviri olan suvenir dollar çap etdirir. Suvenir pulu daha çox “Police Dog” təxəllüsü ilə tanınan Sergey Pavloviç buraxır. Haker, həmçinin ABŞ Prezidenti Donald Trampın rəsmi olan suvenir dollar da çap etdirir. Qeyd edək ki, 2000-ci ilin sonlarında Sergey Pavloviç ABŞ ərazisində 40 milyon dollar oğurladığına görə mühakimə olunmuşdu.