Xəbərlər

  • 4 465

Aydın Mirzəzadə: “Azərbaycanda Skaut hərəkatının böyük tarixi vardır”

image

“7-10-da Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirildi, avqustun 14-18-də isə Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək. Bunun özü bir daha göstərir ki, Azərbaycan bu gün beynəlxalq yarışların mərkəzinə çevrilib. Bunun üçün ötən illər ərzində Azərbaycanda müvafiq infrastruktur yaranıb. Azərbaycanda mötəbər beynəlxalq tədbirlər və idman yarışları keçirilir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu gün ölkəmiz hər bir tədbiri yüksək səviyyədə keçirmək imkanına malikdir: “Bakıda 41-ci Dünya Skaut Konfransının keçirilməsi isə Azərbaycanda gənclərlə işə böyük əhəmiyyət verildiyini və ölkə gənclərinin beynəlxalq əlaqələrinin güclənməsinə böyük diqqətin yetirilməsini göstərir. Azərbaycanda Skaut hərəkatının böyük tarixi vardır. Ölkəmiz müstəqillik qazanan dövrdən Azərbaycanda Skaut dəstələri yaranır və s. Skaut hərəkatının Azərbaycan Forumunun keçirilməsi eyni zamanda dünyanın müxtəlif ölkələrinin Skaut təşkilatlarının nümayəndələrinin dövlətimizin tarixi, mədəniyyəti, incəsənəti ilə tanış olmağa imkan verəcək”.

Digər xəbərlər