Xəbərlər

  • 5 452

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

image

18 avqust 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Horadiz, Şəmkir, Zaqatala sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə təsadüf edən andiçmə mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışmış, Vətənə, dövlətə sədaqət andı içərək, müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə ediblər.
Qeyd olunub ki, sərhədçilər bu il də peşə bayramlarını xidmətdə qazandıqları müsbət nailiyyətlər və yüksək əhvali-ruhiyə ilə qarşılayırlar. Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçuları və mülki işçiləri müxtəlif medallarla və fəxri adlarla təltif ediliblər. Bu ali dövlət təltiflərini sərhədçilər böyük ruh yüksəkliyi ilə qarşılayıb, yüksək etimad ilə fəxr etdiklərini bildiriblər.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb. Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqlarını tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

RƏFİQƏ

Digər xəbərlər