Xəbərlər

  • 3 334

Aydın Mirzəzadə: “Yalan danışmaq Sarkisyana xas olan xüsusiyyətdir”

image

“Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin 72-ci sessiyasında çıxışı ikiüzlü və saxtakarlıqla dolu olan bir çıxış idi. Özünün etdiyini başqa dövlətlərin üstünə yıxmaq, qonşu dövlətlərə qarşı torpaq iddiası edib, sonra onlarla mehriban qonşuluq siyasətindən danışmaq, ancaq beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, Sarkisyan belə fikirləşir ki, beynəlxalq ictimaiyyət informasiyanı yalnız onunu çıxışlarından və erməni diaspor nümayəndələrinin yalanlarından alır: “BMT kimi nufuzlu bir təşkilatda yalan danışmaq, saxta məlumatlar vermək ancaq Ermənistan prezidentinə xas olan bir xüsusiyyətdir. Dünya kifayət qədər gedən proseslərdən məlumatlıdır. Azərbaycan torpaqlarını işğal etmək, vaxtaşırı Azərbaycan torpaqlarına izinsiz gəlib-getmək, beynəlxalq hüquq normalarına etinasızlıq etmək artıq Ermənistan dövlətçiliyinin vizit kartıdır. Xocalı əhalisinə qarşı törətdiyi genosidlə fəxr edən bir insandan bundan artıq bir mövqe gözləmək olmaz”.

Digər xəbərlər