Xəbərlər

  • 4 018

Millimiz dünya çempionatının sərbəst güləş yarışında üçüncü olub

image

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının ikinci günündə Azərbaycan komandası bir bürünc medal qazanıb. Yarışın ikinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub. Sərbəst güləşçilərimizdən Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) xalça üzərinə çıxıblar.Əşrəf Əliyev Çin idmançısı Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Rəşad Yusifli isə ilk görüşdə mübarizəni dayandırıb. Bununla da dünya çempionatının sərbəst güləş yarışları başa çatıb. Komanda hesabında medalların sayına görə Rusiya millisi birinci, İran yığması ikinci, Azərbaycan komandası isə üçüncü olub və çempionatın kubokuna layiq görülüb.Qeyd edək ki, yarışın ilk günü yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar.

sia.az

Digər xəbərlər