Xəbərlər

  • 3 665

Bu gün Azərbaycanda Avropa çempionatına start veriləcək

image

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. SİA-nın məlumatına görə, turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.

A qrupunda yer alan yığmamız ilk oyununda Macarıstanın müqavimətini qırmağa çalışacaq.
Avropa çempionatı
I tur
22 sentyabr
A qrupu
18:00. Macarıstan – Azərbaycan
20:00. Almaniya – Polşa
Bakı. Milli Gimnastika Arenası
B qrupu
18:00. İtaliya – Gürcüstan
21:00. Belarus – Xorvatiya
Tbilisi. Yeni İdman Sarayı
C qrupu
15:30. Ukrayna – Rusiya
Bakı. Milli Gimnastika Arenası
D qrupu
17:00. Serbiya – Çexiya
20:00. Hollandiya Belçika
Göygöl. Olimpiya İdman Kompleksi

sia.az

Digər xəbərlər