Xəbərlər

  • 3 873

DÇ-2018-in pley-off mərhələsinin ilk oyunlarına start verilib

image

Futbol üzrə DÇ-2018-in pley-off mərhələsinin ilk oyunlarına start verilib. SİA-nın məlumatına görə, Avropa zonasında matçlar 3 günü əhatə edəcək.Seçmə mərhələdə qrup ikincisi olan 8 komanda - İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya mundiala vəsiqə uğrunda mübarizə aparır.İlk oyun günündə Şimali İrlandiya İsveçrəni, Xorvatiya isə Yunanıstanı qəbul edib. Xorvatiya millisi böyükhesablı, İsveçrə isə səfərdə qələbə qazanmaqla mundiala yaxınlaşıb. Xatırladaq ki, Şimali İrlandiya millimizlə birgə C qrupunda mübarizə aparıb.

9 noyabr
DÇ-2018
Avropa zonası, pley-off mərhələsi
İlk oyunlar

Şimali İrlandiya - İsveçrə - 0:1
Qol: Rodrigez, 58

Xorvatiya - Yunanıstan - 4:1
Qollar: Modriç, 13-pen (1:0), Kaliniç, 19 (2:0), Sokratis, 30 (2:1), Perişiç, 33 (3:1), Kramariç, 49 (4:1)

10 noyabr
23:45. İsveç – İtaliya
11 noyabr
23:45. Danimarka – İrlandiya

sia.az

Digər xəbərlər