Xəbərlər

  • 3 925

Azərbaycan ilə Çin arasında əlaqələr genişlənir

image

YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Çin
Kommunist Partiyası Mərkəzi Komitəsi katibinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov noyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyətini partiyanın mənzil-qərargahında qəbul edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP Sədrinin müavini Əli Əhmədov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası, eləcə də, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. YAP Sədrinin müavini Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib. Bildirilib ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı iştirak ediblər.

Digər xəbərlər