Xəbərlər

  • 4 113

Cüdoçuların Azərbaycan birinciliyi davam edir

image

“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir. SİA-nın məlumatına görə, yarışın ikinci günündə 224 yeniyetmə cüdoçu tatami üzərinə çıxıb. Ölkə birinciliyində 55, 60 və 66 kiloqram çəki dərəcələrində mübarizə aparan iştirakçılar arasında qaliblər müəyyənləşib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rəşad Quluzadə (55 kq), Nəriman Mirzəyev (60 kq) və Orduxan Məmmədov (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qeyd edək ki, yeniyetmələrin ölkə birinciliyinə noyabrın 17-də yekun vurulacaq. Respublika birinciliyinin sonuncu günündə medallar uğrunda 73, 81, 90 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində 119 cüdoçu mübarizə aparacaq.

sia.az

Digər xəbərlər