Xəbərlər

  • 6 929

Taekvandoçularımız Qran-Pri yarışlarının final mərhələsində yarışacaqlar

image

Dekabrın 2-də Kot-Divuarın paytaxtı Abidcan şəhərində taekvando üzrə Qran-Pri yarışlarının final mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, iki gün davam edəcək yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət Azərbaycan milli komandasının dörd üzvü noyabrın 29-da Abidcan şəhərinə yollanıb.Dünya Taekvando Federasiyasının Olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsayev (80 kq-dan yuxarı) və Milad Beigi Herçəqani (80 kq), eləcə də reytinqdə yeddinci pillədə qərarlaşan Ayxan Tağızadə, 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi 68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaqlar.Turnirdə qalib idmançı aktivinə 80, ikinci yerin sahibi 48, üçüncü yeri tutan idmançılar isə 28,8 reytinq xalı əlavə edəcəklər.Baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə turnirə yollanan taekvandoçularımız dekabrın 5-də Vətənə qayıdacaqlar.Xatırladaq ki, Rusiyada start götürən Qran-Pri turnirinin sonrakı mərhələləri Mərakeşdə və Böyük Britaniyada keçirilib.

sia.az

Digər xəbərlər