Xəbərlər

  • 3 485

Atıcımız Tbilisidə keçirilən yarışlarda uğurla çıxış edib

image

Tbilisidə güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib. SİA xəbər verir ki, Şota Kveliaşvilinin xatirəsinə həsr olunmuş yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Ruslan Lunyov pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq qalib adını qazanıb.Güllə atıcımız sözügedən şəhərdə təşkil olunan açıq Gürcüstan çempionatında da bacarığını nümayiş etdirib və bu dəfə də mükafata sahib olub. Eyni silahdan eyni məsafəyə atəşaçma yarışında idmançımız gümüş medala (565 xal) layiq görülüb. Kişi-qadın cütlükləri arasında keçirilən mübarizədə isə Ruslan Lunyov 478 xalla yenidən liderliyə yüksəlib.

sia.az

Digər xəbərlər