Xəbərlər

  • 4 833

Sumqayıtda III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

image

Dekabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində UNICEF və “Azercell”in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək. SİAxəbər verir ki, səkkiz regiondan 110 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə (boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi) 19 dəst medal uğrunda mübarizə aparacaqlar.Yarışın açılış və bağlanış mərasimlərində musiqili əyləncəli proqram təşkil olunacaq.Qeyd edək ki, 2013-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması və sağlamlıq imkanları məhdud uşaqların idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmasıdır.

sia.az

Digər xəbərlər