Yeniyetmə güləşçilər Astanada 3 qızıl medal qazanıblar

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində əməkdar məşqçi A.Kazımbetovun xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edib.

Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdiyi yarışda güləşçilərimiz 3 qızıl medal qazanıb. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

sia.az