“Fənərbaxça” 1/8 finala vəsiqə qazanıb

Futbol üzrə Türkiyə Kubokunda 1/16 final mərhələsinin cavab oyunları davam edir. SİA-nın məlumatına görə, “Fənərbaxça” səfərdə “Adana Dəmirspor”la qarşılaşıb.Oyun İstanbul klubunun 4:1 hesablı qələbəsi ilə nəticələnib. İlk oyunda bu rəqibini 6:0 üstələyən “Fənərbaxça” növbəti mərhələyə yüksəlib.

“Adana Dəmirspor” - “Fənərbaxça” 1:4

Qollar: Fernandao, 24 (0:1), Mendi, 34 (1:1), Fernandao, 44 (1:2), Aatif, 57 (1:3), Valbuena, 68 (1:4)

sia.az