Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 19-da Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdə rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami küçəsi, 61) saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.