"Qəbələ" baxışa braziliyalı futbolçu dəvət edib

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" baxışa braziliyalı futbolçu dəvət edib. SİA-nın məlumatına görə, 21 yaşlı hücumçu Kayke Vercilio ötən gün Türkiyənin "Akhisar” klubu ilə keçirilən yoxlama oyununda iştirak edib. O, ikinci hissədə meydana daxil olub.Gənc forvardın çıxışı baş məşqçi Roman Qriqorçuku qane etsə, onunla müqavilə imzalanacaq.Qeyd edək ki, Vercilio "Korintians”ın yetirməsidir. Onun son klubu “Santos” olub.

sia.az