Xəbərlər

  • 5 101

Özbəkistanın Review.uz portalı Azərbaycanın turizm potensialı haqqında məqalə yerləşdirib

image

Özbəkistanın Review.uz portalı öz səhifəsində Azərbaycanın turizm potensialı haqqında rus dilində “Azərbaycan turizm sahəsində böyük uğurlara nail olub” sərlövhəli məqalə yerləşdirib. AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə istinadən qeyd edilir ki, ötən il Azərbaycana 2 691 998 xarici turist gəlib ki, bu da 2016-cı ildəkindən 20 faiz çoxdur.

Ötən il Azərbaycana turist axını ən çox Rusiyadan olub, 853 082 turist qeydə alınıb ki, bu da müvafiq olaraq 2016-cı ildəkindən 20 faiz çoxdur. Bu siyahıda növbəti yerlər Gürcüstan, İran, Türkiyə, İraq, Ukrayna, Səudiyyə Ərəbistanı və digər ölkələrin payına düşür. Vurğulanır ki, il ərzində Azərbaycana ən çox turist iyul ayında gəlib - 313, 515 nəfər. Qeyd olunur ki, qış aylarında həm yerli, həm də xarici turistlər ən çox Qusardakı “Şahdağ” və Qəbələdəki “Tufandağ” turizm mərkəzlərinə üstünlük verirlər. Bildirilir ki, yanvarın ilk beş günü ərzində “Şahdağ” kompleksinə 16 min turist gəlib. Yazıda Azərbaycanın digər turizm mərkəzləri haqqında da söhbət açılır, xarici turistlər ölkəmizə dəvət olunur.

Digər xəbərlər