Xəbərlər

  • 3 260

"Neftçi" yığma komandanı məğlub edib

image

Çempionatın ikinci hissəsinə hazırlığı davam etdirən "Neftçi” PFK-nın əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, əvəzedicilər "Dalğa Arena”da U-19 milli komandası ilə qarşılaşıblar. "Neftçi”nin 1:0 hesablı qələbəsi ilə nəticələnmiş görüşdə yeganə qolu Tural Əliyev vurub.Xatırladaq ki, əvəzedicilərin yanvarın 21-də "Səbail”in U-19, 24-də "Keşlə”nin əvəzediciləri, 28-də isə "Neftçi”nin U-19 komandası ilə hazırlıq matçları nəzərdə tutulub. Yanvarın 30-da planlaşdırılan yoxlama görüşü haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

sia.az

Digər xəbərlər