Xəbərlər

  • 2 974

Gənc karateçilərimiz Xorvatiyada 5 medal

image

Yeniyetmələrin ardından gənclərdən ibarət milli komandamız Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turnirində medallara sahib olub. SİA-nın məlumatına görə, gənc karateçilərimiz yarışda iki gümüş və üç bürünc medal qazanıblar.Ülvi Qurbanov (60 kq) və Murad Hacızadə (84 kq-dan yuxarı) nüfuzlu beynəlxalq turnirin ikinci pilləsində yer alıblar. Mədinə Sadıxova (48 kq), Müseib Məmmədov (68 kq) və Elcan Məmmədrzayev (60 kq) isə yarışı üçüncü yerdə başa vurublar.

Məhəmməd Məmmədov (65 kq), Ruslan Əhmədov (75 kq) və Murad Balakişiyev (84 kq) bürünc medal uğrunda görüşdə məğlub olublar. Aytac Əliyeva (55 kq) mübarizəni bürünc mükafatın bir addımlığında dayandırıb.

sia.az

Digər xəbərlər