Xəbərlər

  • 2 409

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

image

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib. Komitədən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu yanvarın 30-da Şirvan şəhər Heydər Əliyev Mərkəzində saat 11:00-da baş tutacaq. Qəbulda Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Digər xəbərlər