Xəbərlər

  • 4 338

Gimnastımız bürünc medal qazanıb

image

Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında təmsil olunub.Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə hərəkətlərdə göstərərək dördüncü yerdə qərarlaşıb. Onun komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışda beşinci olub.Turnirdə Azərbaycanın aktivinə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

sia.az

Digər xəbərlər