Xəbərlər

  • 3 356

“Azərbaycan tərəfi danışıqlara getməyə hər zaman hazırdır” MÜNASİBƏT

image

“Ümumiyyətlə son vaxtlar ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərində aktivləşmə ondan ibarətdir ki, həmsədrlər öz təmsil etdikləri dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən addım atmaq istəyini göstərmək istəyirlər.

Fevralın 4-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer məcburi köçkünlərlə görüşü, eyni zamanda bu gün fransalı həmsədrin Azərbaycana gəlməsi düşünürəm ki, söylədiklərimlə bağlıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, ötən ilin yanvar ayından başlayaraq görüşlərin aktivləşməsi prosesi gedir: “Bu, Ermənistanda, Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə də müəyyən mənada təsir göstərə bilər. Bundan başqa bildiyiniz kimi ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı qərar qəbul etmişdi. Təbii ki, bu heç də Azərbaycanı razı salan məsələ deyil. Təmas xəttində 25 ildən artıqdır ki, ATƏT-in müşahidəçiləri vardır. Müşahidəçilərin də əsas vəzifəsi ondan ibarətdir ki, atəşkəsin rejiminin pozulması haqqında öz dövlətlərinə müəyyən məlumatlar ötürsünlər. Bu məsələ heç də münaqişənin həlli ilə üst-üstə düşmür. Sadəcə olaraq sülh prosesini gözləmək üçün bu addımlar atılır. Digər məsələ ondan ibarətdir ki, ATƏT həmsədrləri regiona səfər etsə də Ermənistanda baş tutacaq seçkilər əsasən Dağlıq Qarabağ kartının üzərində qurulub. Sarkisyan çalışacaq ki, separatçılara verdiyi sözün üstündə dursun və status-kvonu qoruyub saxlaya bilsin. 2018-ci ilin martın 2-də Ermənistanda prezident seçkiləri, eyni zamanda da aprelin 9-da da Konstitusiyaya uyğun olaraq səlahiyyətin baş nazirə verilməsi prosesi baş tutacaq. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bir dəfə də olsun açıq şəkildə Ermənistanın təvavüzkar olmasını, işğalçılıq siyasətini göstərməklə bağlı hansısa bəyanat vermir. Bu məcburi köçkünlərlə görüşdə, eyni zamanda digər addımlarda da məlum oldu. Sadəcə olaraq Azərbaycan tərəfi danışıqlara getməyə hər zaman hazırdır”.

sia.az

Digər xəbərlər