Xəbərlər

  • 3 021

Ağır atletlərin Ukraynada təlim-məşq toplanışı davam edir

image

Qadınlar və kişilərdən ibarət ağır atletika üzrə yığma komandalarımızın Ukraynanın Kamenets-Podolsk şəhərindəki təlim-məşq toplanışı davam edir. SİA-nın məlumatına görə, yığma komandamızın baş məşqçisi Asif Məmmədov hazırlıqdan razı qaldığını deyib.Bildirib ki, fevralın 4-dən Ukraynadayıq. Komandanın bu toplanışında məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində atletləri sınaqdan keçirməkdir. Toplanış üçün lazımı bütün şərait yaradılıb, heç bir problemimiz yoxdur. Məşqlərə gəldikdə, hər şey plan üzrə gedir. Atletlərimizin hazırlıq səviyyəsi məni qane edir. Toplanışın ilk günlərində nisbətən yüngül məşqlərə üstünlük verdik. Artıq bir həftə arxada qalıb və çəkilərin ağırlıq faizini artırırıq, yüklənməni yüksəldirik.“İdmançılar özlərini yaxşı hiss edirlər, məşqlərdə həvəsli görünürlər, əhval-ruhiyyələri yüksəkdir. Hər toplanışın sonunda olduğu kimi, bu dəfə də açıq yoxlama məşqi keçirmək fikrindəyik. Fevralın 25-də Bakıya qayıdıb, hazırlığımızı Vətəndə davam etdirməyi düşünürük”, - deyə baş məşqçi əlavə edib.

sia.az

Digər xəbərlər