Xəbərlər

  • 4 330

Elmar Məmmədyarov Misirin ölkəmizdəki səfiri ilə görüşüb

image

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Misirin ölkəmizdəki səfiri xanım Suzan Cəmil Nuh ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan ilə Misir arasında əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Suzan Cəmil Nuh diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan ilə Misir arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb. Tərəflər Hökumətlərarası Birgə Komissiyanın tezliklə iclasının keçiriləcəyini müsbət addım kimi qeyd edərək Komissiyanın fəaliyyətinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər. Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunub, aprelin 5-6-da ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov səfir Suzan Cəmil Nuha gələcək fəaliyyətində uğurlar arzu edib.

Digər xəbərlər