Xəbərlər

  • 3 031

Con Deleyni: "Bakı qlobal mərkəz olacaq"

image

Bu gün keçirilən AFFA-nın XXV Konfransında UEFA İcraiyyə Komitəsinin üzvü Con Deleyni də iştirak edib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən qonaq Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib: "UEFA İcraiyyə Komitəsinin adından sizi salamlayıram. Azərbaycanlı futbol həmkarlarımla burda olmaq xoşdur. "Bakı 2015" I Avropa Oyunlarında da iştirak etmişəm. Çox möhtəşəm tədbir idi”.UEFA-nın Konqresində bir sıra qərarların qəbul olunduğunu deyən C.Deleyni qurumun yeni rekordlar vuracağını diqqətə çatdırıb. O, AFFA-nın gördüyü işlərə diqqət çəkib: "Biz bir sıra layihələrə dəstək olacağıq. Futbol təkcə pulla bağlı olan sahə deyil. Azərbaycan bu istiqamətdə böyük nailiyyətlər əldə etməkdədir. Bunu hesabatdan da, komandalarınızın çıxışlarından da görmək mümkündür. “Qarabağ”ın “Atletiko” ilə oyunları çox əla idi. 2019-cu il Avropa Liqasının finalı üçün Bakı Olimpiya Stadionuna səs verdim. Bakı AVRO-2020-də qlobal mərkəz olacaq".

sia.az

Digər xəbərlər