“Kəpəz” hazırlıqlara start verib

Topaz Premyer Liqasının 20-ci turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına start verib. SİA-nın məlumatına görə, bərpaedici prosedurdan sonra istirahət edən komanda üzvləri dünən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşqə çıxıb.“Sumqayıt” ilə oyun öncəsi komandanın heyətində iki futbolçunun zədəsi var. Samir Zərgərovla Şadon Vinçesterin durumu həkim nəzarətindədir.Qeyd edək ki, "Sumqayıt" - "Kəpəz" oyunu sabah keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

sia.az