Xəbərlər

  • 4 340

ABŞ-ın Azərbaycandakı səfirliyi: “Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib”

image

Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağ rejimini de-fakto tanımır. AZƏRTAC xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.
Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər