Xəbərlər

  • 5 153

Mübariz Qurbanlı: “Vəhdət namazının Gəncə şəhərində də qılınması məqsədəuyğun sayılır”

image

İslam yarandığı ilk əsrdən başlayaraq bu günə qədər Azərbaycan xalqının böyük əksəriyyətinin ibadət etdiyi din olmaqla yanaşı, həm də ölkəmizdə yüz illərlə formalaşan milli mənəvi dəyərlərin əsasını təşkil edir. Məhz, İslam və onun ayrılmaz hissəsi olan ehkamları bəşəriyyəti ədalətə, doğruluğa, düzgünlüyə, ən əsası isə sülhə səslədiyi üçün bu din hər kəsin qəlbinə yol tapıb və onun ayinləri insanlar tərəfindən könüllü icra olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə jurnalistlərə müsahibəsində deyib.

Mübariz Qurbanlı bildirib ki, müasir dövrdə dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir. İlk dəfə Bakıdakı Heydər məscidində müxtəlif məzhəblərdən olan insanların birgə vəhdət namazı qıldıqlarını deyən Komitə sədri qeyd edib ki, əsas ideyası bəşəriyyəti sülhə və həmrəyliyə çağırmaq olan vəhdət namazının Gəncə şəhərində də qılınması məqsədəuyğun sayılır.

Digər xəbərlər