YAP Abşeron rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla start verib

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinin növbəti və mühüm mərhələsinə - təbliğat-təşviqat kampaniyasına uğurla start verib.

Rayon təşkilatının nəzdində yaradılmış seçki qərargahı seçki kampaniyasının bu mühüm mərhələsinə hazırlıq işlərini tam başa çatdırmaqla martın 19-da səhər saatlarından etibarən, təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş ünvanlarda yerləşdirilməsini artıq başa çatdırıb.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, abşeronlular 11 aprel Prezident seçkilərində cənab İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyəcəklər. Çünki Prezident İlham Əliyev son 14 ildə Azərbaycan Respublikasının inkişafı, vətəndaşların sosial-rifah halının yuksəldilməsi istiqamətində çox böyük işlər həyata keçirib.
Qeyd edək ki, YAP seçkilərə "İlhamla irəli" şüarı ilə gedir.

yap.org.az